"Kəpəz" onu geri qaytardı

  • Bu gün, 13:39

“Kəpəz” heyətini yeni oyunçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisi Rauf Hüseynlini transfer edib. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Rauf Hüseynli ötən mövsümü də “Kəpəz”də keçirib və çempionatda 27 matça çıxıb, 2 qol, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: