
Ançelotti ilə müqavilə yenilənəcək
Braziliya Futbol Konfederasiyası 2026-cı il dünya çempionatına qədər millinin baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzatmağı planlaşdırır.
Sportlife.az xəbər verir ki, italiyalı çalışdırıcı da milli ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Mənbənin sözlərinə görə, rəsmi danışıqlar hələ başlamayıb, lakin tərəflər yaxın aylarda yeni sazişin şərtlərini müzakirə etmək niyyətindədirlər.
Ançelotti 2025-ci ilin mayından etibarən Braziliya millisinə başçılıq edir. Onun rəhbərliyi altında komanda beş oyun keçirib, üç qələbə qazanıb, bir heç-heçə edib, birində isə uduzub.