
Mbappe millimizlə oyunda zədələndi
Fransa millisinin kapitanı Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyunu buraxacaq.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu millimizlə dünənki matçda (3:0) sağ ayağının topuğundan zədə alıb.
"Real Madrid"in forvard oktyabrın 4-də İspaniya La Liqasının VIII turunda "Vilyarreal"la görüşdə eyni nahiyyəsindən zədə almışdı.
Qeyd edək ki, İslandiya - Fransa oyunu oktyabrın 13-də keçiriləcək.