
Millidə yeni rekordçu
Cənubi Koreya millisinin hücumçusu Son Xın Min yığma üçün keçirdiyi oyunların sayında rekord müəyyənləşdirib.
Sportlife.az xəbər verir ki, oktyabrın 10-da 33 yaşlı futbolçu Braziliyaya qarşı keçirilən yoldaşlıq oyununda (0:5) meydana çıxıb. Bu matç onun yığma forması ilə 137-ci oyunu olub. Min 136 oyun keçirmiş Çxa Bom Qın və Xon Men Bonu geridə qoyub.
Avqust ayında Son Xın Min İngiltərənin “Tottenhem” klubundan ABŞ-ın MLS liqasında çıxış edən “Los-Anceles”ə transfer olunub.