Rabyo millimizlə oyundan danışdı

  • Bu gün, 11:43

Fransa millisinin və “Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunla barədə təəssüratlarını bölüşüb. 

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib. 

O, TF1 telekanalına açıqlamasında bunları deyib: “5 müdafiəçi ilə çıxış edən komandalara qarşı oynamaq həmişə çətindir. İlk hissədə oyunumuzu açmaqda çətinlik çəkdik, topu çox yavaş ötürürdük. 2-ci hissədə isə hər şey daha yaxşı idi. Rəqibi qaçmağa məcbur etdik. Belə oyunlarda səbirli olmaq lazımdır və bu, öz nəticəsini verdi. Belə komandaya qarşı 2-ci qol çox vacib idi, çünki hər an nəsə baş verə bilərdi.

Qol vurduğuma görə çox xoşbəxtəm. Düşünürəm ki, İslandiyaya qalib gəlsək, final mərhələsi artıq bizim cibimizdə olacaq. Bu gün əsas məsələ öz işimizi düzgün görmək idi. Orada (İslandiyada) fərqli oyun olacaq, noyabra qədər daha rahat olacağıq”.


Paylaş: