Bəhlul Mustafazadə ən yaxşı seçildi

  • Bu gün, 12:43

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçında millimizin ən yaxşı oyunçusu bəlli olub.

Sportlife.az xəbər verir ki, “Sofascore”a görə Bəhlul Mustafazadə komanda yoldaşlarını qabaqlayıb.

Müdafiəçi 10 ballıq sistemdə 7,7 bal toplayıb, topu 5 dəfə rəqibə vuraraq meydandan çıxarıb, 8 zərbəni bloklayıb, 2 dəfə topu ələ keçirib.

Onun performansı komandaya müdafiədə əhəmiyyətli dəstək olub.

Qeyd edək ki, qarşılaşma Fransa yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: