
Millinin heyətindən çıxarıldı
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo İspaniya yığmasının heyətindən çıxarılıb.
Sportlife.az xəbər verir ki, "Barselona"nın futbolçusu baldır nahiyəsinindən zədələnib. O, müalicə üçün şənbə günü klubun düşərgəsinə qayıdacaq.
İspaniya DÇ-2026-nın seçmə mərhələsndə oktyabrın 11-də Gürcüstanı, 14-də isə Bolqarıstanı qəbul edəcək.