Rebrov: "Azərbaycanla oyunda qalib gəlməsək..."

  • Bu gün, 15:10

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində İslandiya üzərində qazanılan səfər qələbəsini (5:3) dəyərləndirib. 

Sportlife.az xəbər verir ki, mütəxəssis qalib gəldikləri matçı belə şərh edib:

“Bilirdik ki, oyun çox çətin olacaq. Təəssüf ki, hesabda önə keçdiyimiz halda belə, 2 dəfə qol buraxdıq. Amma uşaqlara minnətdaram. İslandiyada bütün komandalar üçün oynamaq çox ağırdır. Bu meydanda 5 qol vurmaq həqiqətən çətindir. Qələbə birinci yerdə idi. Biz buraxdığımız səhvləri təhlil edəcəyik və Azərbaycanla oyuna hazırlaşacağıq. Çünki növbəti oyunda qalib gəlməsək, bu qələbənin dəyəri olmayacaq”.

Baş məşqçi zədə səbəbindən birinci hissədə meydanı tərk edən Georgi Sudakovun durumuna da toxunub: “Hazırda dəqiq bilmirəm. Gördüm ki, həqiqətən ağrı hiss edir. Yalnız oynaya bilməyəndə meydanı tərk edən futbolçudur. Ümid edirik ki, bərpa olacaq. Sudakov bizə çox lazımdır”.

Xatırladaq ki, Ukrayna DÇ-2026-da növbəti oyununu oktyabrın 13-də Azərbaycan millisinə qarşı keçirəcək.


Paylaş: