Yığmamızın seçmə mərhələdə 2-ci sınağı

  • Bu gün, 11:10

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Sportlife.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.


Paylaş: