"Komanda sanki bataqlığa batdı, çıxa bilmədi" - Şahin Diniyev
"Oyun gərgin və əsəbi getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqəyə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və toparlana bilmədik, əsəbi futbol oynayırdıq. Futbolçularım bacardıqlarını da edə bilmirdilər".
Sportlife.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 15-ci turunda "Araz Naxçıvan"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Elə futbolçumuz var ki, texniki cəhətdən idealdır, amma o sarıdan da problemi olurdu. Ad çəkmək istəmirəm. Komanda sanki bataqlığa batdı, amma çıxa bilmədi. Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım, sakitləşdirim onları. Ki, ayaqları işləyə bilsin. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm" - deyə o bildirib.
Mütəxəssis bir xal qazandıqlarını söyləyib: "15 oyunu analiz edəndə, bəlkə də pis oyunumuzun üç dənə olduğu görünür. Bunlar "Qəbələ" ilə səfərdəki, "Araz-Naxçıvan"la evdəki və bu gün oynadığımız oyundur. Bilmirəm, yəqin ki, tempi, sürəti tuta bilməmişik. Dəqiq sizə cavab verə bilməyəcəm. Nə desəm, yalan olar. Amma sizinlə tam razıyam ki, layiqli, yaxşı futbol oynaya bilmədik".
Baş məşqçi komandanın futbolçusu Aleksandr Ramalinqomun bu gün də aktiv olmaması haqda deyib: "Bilirsiz, mən heç vaxt səbəb axtarmıram. Səbəb varsa, onun ən böyüyü özüməm. Futbolçularımız zədəlidir. Ağabala Ramazanov, Cabir Əmirli, Süleyman Əhmədovun olmaması, Yusif Nəbiyev zədəli-zədəli, David Qomisin isə ağrıkəsici oyunlara çıxır. Kiçik komandada bu qədər itki böyük məsələdir. Tam formada deyilik. Formada olmamağımızın səbəbi zədəlilərin tam formaya düşməməsidir. Zaman azdır. Ramalinqoma gəlincə, çox keyfiyyətli forvarddır. Ancaq formada deyil. Yəqin ki, bir həftədən sonra daha yaxşı Ramalinqom görəcəyik.