"Neftçi" 1 milyonluq hücumçu ilə danışır? - AÇIQLAMA

  • 10 May 2024, 17:42

Bolqarıstanın "Levski" klubunu tərk etməyə hazırlaşan braziliyalı hücumçu Rikardinyo "Neftçi" ilə danışıqlar apardığı barədə xəbər yayılmışdı.

Sportlife.az-a açıqlama verən "Neftçi"nin mətbuat katibi Emin Əfəndi məlumatı təkzib edib.

Klub rəsmisi komandanın yalnız qarşıdakı oyunlara kökləndiyini bildirib: "Bu məlumat həqiqəti əks etdirmir. Mövsüm sona yaxınlaşdıqca belə xəbərlər çox yayılır. Biz fikirimizi yalnız qarşıdakı 3 oyuna yönəltmişik".

Qeyd edək ki, Sofiya klubunun rəhbərliyi Rikardinyonu 1 milyon avrodan aşağı məbləğə buraxmaq fikrində deyil.


Paylaş: