Neftci seytanin qicini qirdi, Qebele sok meglubiyyetle uzlesdi!

Neftçi şeytanın qıçını qırdı, Qəbələ şok məğlubiyyətlə üzləşdi!

  • 30 Sentyabr 2017, 10:15

Ötən gün Azərbaycan Premyer Liqasının 7-ci turuna start verilib. Sportlife.az xəbər verir ki, günün ən maraqla gözlənilən qarşılaşması "İnter Arena"da baş tutub. İndiyədək qələbə üzü görməyən "ağ-qaralar" meydana qələbə üçün çıxmışdısa, meydan sahibləri də bir o qədər qələbəyə köklənmişdi. 

Oyundan oyuna daha da baxımlı oyun nümayiş etdirən Tərlan Əhmədovun komandası nəhayət lazım olan qələbəni də qazana bilib. Meza Kolli və Rəhman Hacıyevin qolları sayəsində azarkeşlər həsrətində olduqları qələbənin sevincini yaşayıblar.

Günün digər matçında isə "Qəbələ" öz meydanında Premyer Liqanın autsayderi olan "Kəpəz" klubuyla qarşılaşıb. Görüş hamının gözlədiyindən fərqli olaraq qonaqların qələbəsiylə yekunlaşıb. Kərim Diniyev və İlkin Sadıqovun qolları ilə Gəncə təmsilçisi ilk qələbəsini bayram edib.

“İnter” - “Neftçi” 0:2
Qol: S.M.Kolli, 60. R.Hacıyev, 72.
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 9. Pərdis Fərcad-Azad, 24. Fuad  Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 57. Əkbər Vəliyev, 7. Mirsahib Abbasov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov.
Baş məşqçi: Zaur Svanadze.
“Neftçi”: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera, 9. Uqo Barqas.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 97. Elnur Cəfərov, 8. Emin Mahmudov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 12. Daniel Seqoviya, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Tərlan Əhmədov.

 

“Qəbələ” – “Kəpəz” 0:2
Qol: K.Diniyev, 48. İ.Sadıqov, 58.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. Alen Askerov, 12. Endi Hallidey, 17. Roman Hüseynov, 21. Deyv Bultuis, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 9. İlkin Sadıqov, 10. Tural Rzayev, 20. Samba Diallo, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 16. Azər Məmmədov, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov.
Baş məşqçi: Şahin Diniyev.


Paylaş: