"Bavariya"dan Fransa klubuna

  • Dünən, 18:04

Liqa 1-ə qayıtdıqdan sonra varlı Arno ailəsi və "Red Bull" qrupu tərəfindən dəstəklənən "Paris" adından söz etdirməyə qərarlıdır.

Sportlife.az xəbər verir ki, bu mövsüm klubun məqsədi sadəcə olaraq yüksək liqada yerini qorumaqdır, lakin uzunmüddətli plan daha iddialıdır.

Növbəti addım yeni idman direktoru təyin edilməklə atıldı: Marko Neppe. Keçmiş peşəkar futbolçu olan alman oktyabrın 1-dən Fransua Ferrakçini əvəzləyəcək.

Neppe 10 ilini "Bavariya"da keçirib, skautluq və transferlər də daxil olmaqla müxtəlif vəzifələrdə çalışıb.


Paylaş: