
De Yonq həmyerlisinə çatdı
La Liqanın 6-cı turunda "Real Ovyedo" ilə qarşılaşma (3:1) "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq üçün əlamətdar olub.
Sportlife.az xəbər verir ki, 28 yaşlı futbolçu fasilədə əvəzetmədən meydana çıxıb və Robert Levandovskiyə məhsuldar ötürmə edib.
Bu, de Yonqun "Barselona"da 264-cü oyunu olub və Ronald Kumanla birlikdə səkkizinci yerdə qərarlaşıb.
“Barselona”nın heyətində ən çox meydana çıxan əcnəbilər Lionel Messi (778), Mark-Andre ter Ştegen (422), Dani Alves (408), Xavyer Maskerano (334), İvan Rakitiç (310), Filip Koku (292) və Luis Suaresdir (283).