
"Arsenal"ın yetirməsi komadan ayılmadı
"Çiçester Siti" klubunun hücumçusu Billi Vigar beyin travması səbəbindən 21 yaşında dünyasını dəyişib.
Sportlife.az xəbər verir ki, futbolçu regional liqa matçı zamanı zədə alıb. Daha sonra o, xəstəxanaya aparılıb və komaya yerləşdirilib.
"Arsenal" klubunun yetirməsi olan Billi Viqar 2025-ci ilin avqustunda "Çiçester Siti" klubuna qoşulub.