
Flik "50"yə 3-cü çatdı
"Real Ovyedo" La Liqanın 6-cı turu çərçivəsində "Barselona"nı qəbul edib və 3:1 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik üçün bu, "Barsa"da bütün turnirlərdə 67 matçda 50-ci qələbə olub. Onun səkkiz heç-heçə və doqquz məğlubiyyəti var.
Yalnız Luis Enrike (60) və Elenio Errera (64) Flikdən daha tez 50 qələbə qazanıblar.