
Veteran futbolçu insult keçirib
Kani kimi tanınan İspaniyalı keçmiş futbolçu Ruben Qarsiya iki həftə əvvəl insult keçirib.
Sportlife.az xəbər verir ki, veteran oyunçunun sağalma prosesi davam edir. O, artıq reanimasiyadan ümumi palataya köçürülüb.
Həkimlər Kaninin həyati təhlükəsinin olmadığını bildiriblər.
Kani karyerası ərzində “Real Saraqosa”, “Vilyarreal” (2006–2015), “Atletiko" (2015-ci ildə icarə əsasında) və “Deportivo"da (2015-2016) oynayıb.