
"Qarabağ" oyununa neçə bilet satılıb?
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa satılmış biletlərin sayı açıqlanıb.
Sportlife.az xəbər verir ki, qarşılaşma üçün indiyədək 27 500 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.