"Barselona" 2 futbolçusunu itirdi

  • Dünən, 17:32

"Barselona"nın qapıçısı Joan Qarsiya və hücumçusu Rafinya zədələnib.

Sportlife.az xəbər verir ki, Qarsiya cümə günü səhər məşqdə zədə alıb. Rafinya isə La Liqanın 6-cı turunda "Real Ovyedo" ilə matçda sıradan çıxıb.

Hər iki futbolçu beynəlxalq fasiləyə qədər meydançaya qayıtmayacaq. Onlar La Liqada “Real Sosyedad” və “Sevilya”, Çempionlar Liqasında isə PSJ-yə qarşı oyunları buraxacaq.


Paylaş: