
"Qarabağ" və "Zirə"dən qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.
Sportlife.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
Əvvəlcə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edib. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Bakı təmsilçisi ölkə çempionatında 10 turdan sonra qalib gəlib. "Zirə" bundan əvvəl 13-cü turda "Qəbələ"yə qalib gəlmişdi.
Günün və turun son matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Sumqayıt"ı qəbul edib və rəqibini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, ehtiyatında daha 1 oyun olan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sumqayıt"la xal fərqini 18-ə yüksəldib.
25 fevral (bazar)
Azərbaycan Premyer Liqası, 24-cü tur
19:00.“Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Adama Diakabi, 52, Yassin Benzia, 83
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu
16:30.“Araz-Naxçıvan” – “Zirə” - 0:3
Qollar: Vanderson Melo, 20-avtoqol, Rəhim Sadıxov, 74, Rafael Utziq, 77
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
“Liv Bona Dea Arena”
23 fevral (cümə)
17:00.“Kəpəz” – “Qəbələ” - 2:1
24 fevral (şənbə)
“Səbail” – “Sabah” - 2:0
“Turan Tovuz” – “Neftçi” - 1:1