"Qəbələ" "Kəpəz"lə oyunda əliboş qaldı - YENİLƏNİB

  • 23 Fevral 2024, 18:58

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib. "Kəpəz" "Qəbələ" ilə qarşılaşıb. Oyun "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş Qəbələ şəhər stadionunda oynanılıb. Buna baxmayaraq, matçda meydan sahibi Gəncə şəhər stadionunun təmirə bağlandığı üçün oyunlarını Qəbələdə keçirən "Kəpəz" hesab olunub.

Turnir cədvəlinin sonuncu pillələrində qərarlaşan bu komandaların matçının Premyer Liqada qalmaq uğrunda mübarizə baxımından gərgin keçəcəyi gözlənilir.

.Turun digər oyunları isə fevralın 24-ü və 25-də keçiriləcək. 

23 fevral (cümə)

17:00.“Kəpəz” – “Qəbələ” - 2:1

Qollar:  Georgi Papunaşvili, 19 (1:0), Osama Xalayla, 43 (1:1), Amil Yunanov, 66-pen. (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov
Qəbələ şəhər stadionu

24 fevral (şənbə)

15:00.“Turan Tovuz” – “Neftçi”
Hakimlər:
 Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Tovuz şəhər stadionu

17:30.“Səbail” – “Sabah”
Hakimlər
: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov
“ASCO Arena”

25 fevral (bazar)

16:30.“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:
 Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
“Dalğa Arena”

19:00.“Qarabağ” – “Sumqayıt”
Hakimlər
: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu


Paylaş: