Sxadadzeyə ağır cəza
"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze 4 oyunluq cəzalanıb.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna mütəxəssisin Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10000 manat cərimələnib.
"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.