Millimizin sabiq üzvü Türkiyədə saxlanıldı!
Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 14 futbolçu arasında Azərbaycanın U-17 və U-19 yığmalarının sabiq üzvü də var.
Sportlife.az yerli mətbuata istinadla xəbər verir ki, bu, hazırda “Ərciyəspor 38” komandasında çıxış edən İsmayıl Karakaşdır. 29 yaşlı mərkəz müdafiəçisinin sırf hansı matçlarla bağlı saxlanıldığı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, İsmayıl Karakaş 2016-cı ildə Azərbaycanın U-17, 2017-ci ildə isə U-19 yığmalarına dəvət alıb.