"Turan Tovuz" Antalyaya gedir
"Turan Tovuz"un qış hazırlıq planı bəlli olub.
Sportlife.az xəbər verir ki, komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək.
Antalyanın Belek bölgəsində məskunlaşacaq Tovuz təmsilçisinin Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.
Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.