Ulduz futbolçu Şaxta Baba "oldu"
"Mançester Siti"nin hücumçusu Erlinq Holann Mançesterdəki evləri ziyarət edərək klubun gənc azarkeşlərinə Şaxta Baba geyimində xoş bayramlar arzulayıb.
Sportlife.az xəbər verir ki, futbolçu tanınmayacağına ümid etsə də, əksəriyyət onu təbəssümündən tanıyıb.
Futbolçu özünün X sosial media səhifəsində Şaxta Baba geyimində çəkilmiş şəklini "Biz Milad sevinci yaymaq üçün buradayıq" başlığı ilə paylaşıb.