Yankoviç 2-ci oldu
Monteneqroda 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, yerli futbol federasiyasının təşkil etdiyi sorğuda çempionatdakı klubların kapitan və baş məşqçiləri, eləcə də Qadın, Gənclər futbolu və futzal üzrə komissiyanın üzvləri iştirak ediblər.
Səsvermənin nəticəsinə əsasən, "Atalanta"nın hücumçusu Nikola Krstoviç ilin futbolçusu adına layiq görülüb. Forvard bu mükafatı ardıcıl 2-ci il qazanıb və bu dəfə böyük üstünlüklə qalib gəlib.
Krstoviç kapitan və baş məşqçilərin sorğusunda 73 səs toplayaraq 1-ci olub.
2-ci yeri "Qarabağ"ın futbolçusu Marko Yankoviç (29 səs), 3-cü pilləni isə "Latsio"nun müdafiəçisi Adam Maruşiç (26 səs) tutub.