Paytaxt klubu 19 yaşlı bombardirlə maraqlanır

  • Bu gün, 15:09

"Tottenhem" "Vasko da Qama"nın yarımmüdafiəçisi Rayanı transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, Braziliya klubu 19 yaşlı futbolçu üçün 50 milyon avro istəyir.

London klubu ilə yanaşı, "Real" da gənc oyunçu ilə maraqlanır. Endrikin icarə əsasında "Lion"a transferindən sonra klub Rayanı alternativ kimi nəzərdən keçirir.

Ötən mövsüm oyunçu Braziliya A Seriyasında 34 matçda14 qol vurub və bombardirlik yarışında 5-ci yeri tutub.


Paylaş: