Flik seçkilərin nəticəsini gözləyir

  • Bu gün, 12:27

Hansi Flik "Barselona" ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmağa hazırdır.

Sportlife.az xəbər verir ki, almaniyalı baş məşqçinin ilkin planı müqaviləsi bitdikdən sonra karyerasını bitirmək idi. Lakin klub onu saxlamaq istəyir.

Mütəxəssis idman direktoru Deko və prezident Xuan Laporta ilə tam razılığa gəlib. Lakin o, qərar vermək üçün hələ tez olduğunu düşünür və müqaviləsini yeniləməyə tələsmir. Bundan əlavə, Flik gələcəyinin Laportanın vəzifəsində qalmasından asılı olduğuna inanır.

La Liqanın 18 turundan sonra "Barselona" 46 xalla turnir cədvəlinə başçılıq edir və 2-ci yerdəki "Real"dan 4 xal irəlidədir.


Paylaş: