"Karvan-Yevlax" ölkəni tərk etməyəcək

  • Bu gün, 18:35

"Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan "Karvan-Yevlax" yanvarın 3-də Yevlaxda toplaşacaq.

Sportlife.az xəbər verir ki, komandanın toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblərdən birinin adına aydınlıq gəlib. Bölgə təmsilçisi yanvarın 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin kimliyi yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, "Karvan-Yevlax" 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah”a qarşı keçirəcək.


Paylaş: