"Milan"da ayrılıq

  • Bu gün, 15:29

"Milan" belçikalı hücumçu Divok Origi ilə yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunub.

Origi 2022-ci ildə "Milan"a qoşulub və 2023/24 mövsümünü icarə əsasında "Nottinqem Forest"də keçirib, orada 22 oyuna bir qol vurub.

O, "Milan"da isə 36 matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: