Almaniya futbolunda faciə
Almaniyanın “Ertsgebirge” klubunun sabiq futbolçusu Sebastyan Hertner 34 yaşında dünyasını dəyişib.
Sportlife.az “Bild” nəşrinə istinadən xəbər verir ki, müdafiəçisi qış tətili zamanı baş verən faciəvi hadisə nəticəsində həyatını itirib.
Hertner Monteneqronun Savin-Kuk dağ-xizək kurortunda kanat yolundan təxminən 70 metr yüksəklikdən yıxılıb.
Qeyd edək ki, Sebastyan Hertner bir müddət “Ertsgebirge”də Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovla komanda yoldaşı olub. Onlar Almaniya klubunda eyni dövrdə çıxış ediblər.
“Ştutqart” akademiyasının yetirməsi olan Hertner karyerası ərzində Almaniyada “Münhen 1860”, “Darmştadt”, “Lyubek”, “Türkgücü”, Berlin “Dinamo”su, “Tevtoniya 05” və “ETSV Hamburq” klublarının formasını geyinib. O, II Bundesliqada 95 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hertner Almaniyanın U-19 millisində də çıxış edib və 5 matçda forma geyinib.