Musayev ilin məşqçisi seçildi

  • Bu gün, 11:52

Rusiyanın nüfuzlu “Sport Ekspress” nəşri “Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar” klubunu çalışdıran Murad Musayevi ölkədə ilin ən yaxşısı seçib.

Sportlife.az xəbər verir ki, 2-ci yerə “Baltika” klubunun çalışdırıcısı Andrey Talalayev, 3-cü yerə isə Rusiyanın MOİK hokkey klubunun baş məşqçisi İqor Nikitin layiq görülüb.

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin siyahıda 8-12-ci yerlərlərdə qərarlaşıb.

Qeyd edək ki, "Krasnodar" Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olub. Mütəxəssis 2021-24-cü illərdə “Sabah”a başçılıq edib.


Paylaş: