Reşford qərarını verdi

  • Bu gün, 10:47

"Barselona"nın yarımmüdafiəçisi Markus Reşford Kataloniya klubundakı gələcəyi barədə danışıb.

Sportlife.az xəbər verir ki, komandada icarə əsasında çıxış edən ingiltərəli vinger La Liqa nəhəngində qalmaq istəyir:

"Gələcəyim? "Barselona"da qalmaq istəyirəm. Məqsədim budur. Buna görə çox məşq edirəm. "Barselona" titul qazanmaq üçün qurulmuş nəhəng və gözəl klubdur".

Qeyd edək ki, Markus Reşford müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur.


Paylaş: