Sabiq "Neftçi"li Region Liqasında

  • Dünən, 16:55

"Neftçi" klubunun sabiq futbolçusu Eşqin İsmayılov Region Liqasında oynayacaq.

Sportlife.az xəbər verir ki, "Göyəzən" 29 yaşlı müdafiəçinin keçidini açıqlayıb.

Oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Eşqin İsmayılov karyerası ərzində "Turan Tovuz", "Neftçi" və AZAL klublarının şərəfini qoruyub.


Paylaş: