MS onu yenə icarəyə verir
"Mançester Siti"nin yarımmüdafiəçisi Klaudio Eçeverri icarə əsasında "Jirona"ya keçəcək.
Sportlife.az xəbər verir ki, 19 yaşlı argentinalı futbolçu 2026-cı ilin yayına qədər La Liqada oynayacaq. Yarımmüdafiəçi 2025-ci ilin avqustundan "Bayer"də icarə əsasında çıxış edir. Onun alman klubu ilə müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.
Bu mövsüm Eçeverri 11 oyunda 1 məhsuldar ötürmə edib.