"Monako" Ansu Fatini qaytarır
"Monako" "Barselona"dan icarəyə götürdüyü cinah yarımmüdafiəçisi Ansu Fati ilə müqaviləni uzatmaqda maraqlı deyil.
Sportlife.az xəbər verir ki, bu barədə sosial mediada 500 mindən çox izləyicisi olan idman jurnalisti Romeyn Molina məlumat verib.
23 yaşlı ispan hazırda bud əzələsindən aldığı zədəsini sağalmaqla məşğuldur.
Fati bu mövsüm "Monako"da 14 oyunda 6 qol vurub. Onun "Monako" ilə icarə müqaviləsinin müddəti 2026-cı ilin yayında bitir. Müqavilədə satınalma bəndi də var.