"Milan"da monteneqrolu hücumçu

  • Dünən, 17:34

"Milan" "Partizan"ın 18 yaşlı hücumçusu Andrey Kostiçi heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, tərəflər arasında müqavilə imzalanmaq üzrədir.

"Milan" "Partizan"la aktiv danışıqlar aparır və Kostiçin tezliklə komandaya qoşulacağı gözlənilir. İddiaya görə, ona uzunmüddətli müqavilə təklif olunub və Belqrad klubu təxminən 5 milyon avro və transfer bonusları əldə edəcək.

Andrey Kostiç ötən yay "Partizan"a Monteneqronun "Buduçnost" klubundan 900 min avroya keçib. Monteneqrolu forvard bu mövsüm Belqrad klubunda 27 oyunda iştirak edib və 9 qol vurub.


Paylaş: