"Liverpul" yeni hücumçu alır

  • Dünən, 18:55

"Liverpul" qış transfer pəncərəsində "Bornmut"un hücumçusu Antuan Semenyonu transfer edə bilər.

Sportlife.az xəbər verir ki, "qırmızılar" hücumçu Aleksander İsakın zədələnməsindən sonra səylərini artırıb. Onlar 25 yaşlı qanalı futbolçunun təxminən 75 milyon avro dəyərində olan sərbəst qalma müqaviləsindən istifadə edə bilərlər.

"Mançester Siti" və "Mançester Yunayted" də Semenyoya maraq göstərir.

2025/26 mövsümündə hücumçu 17 matçda səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Onun "Bornmut"la müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.


Paylaş: