Millimizin üzvü meydandan qovuldu

  • Bu gün, 12:50

Albaniya çempionatında 18-ci turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüsal İsgəndərli ilə Zamiq Əliyevin komandaları da növbəti matçlarına çıxıblar.

İsgəndərlinin çıxış “Partizani” evdə Tirana “Dinamo”su ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub. İsgəndərli 90 dəqiqə meydanda olub.

Əliyevin formasını geyindiyi “Eqnatiya” isə səfərdə “Teuta” ilə üz-üzə gəlib və 1:0 hesablı qələbəyə sevinib. Əliyev start heyətində başladığı matçın 78-ci dəqiqəsində sarı vərəqə alıb. O, 90+2-ci dəqiqədə növbəti rəsmi xəbərdarlıqla meydandan qovulub.

18 turdan sonra 37 xalı olan “Eqnatiya” vahid liderdir. “Partizani” isə 23 xalla 6-cıdır.


Paylaş: