Elmar Baxşıyevlə yollar ayrıldı
Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportlife.az xəbər verir ki, “Araz-Naxçıvan” rəhbərliyi Elmar Baxşıyevlə yolları ayırıb.
Belə ki, bu gün klubdaxili iclas keçirilib. Mövsümün birinci yarısında göstərilən nəticələr ürəkaçan olmadığı üçün təcrübəli mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Məlumat üçün əlavə edək ki, E.Baxşıyevin Naxçıvan təmsilçisi ilə anlaşması 2026-cı ilin yayına qədər idi.