Levandovski güzəştə getməyə hazırdı

  • Bu gün, 14:11

Robert Levandovskinin "Barselona"da qalmaq üçün hansı güzəştlərə getməyə hazır olduğu açıqlanıb.

Sportlife.az xəbər verir ki, 37 yaşlı futbolçu ehtiyat forvard olmağa və gənc oyunçuların inkişafına kömək etməyə hazırdır.

Levandovski həmçinin başa düşür ki, müqaviləsini uzatsa, Kataloniya klubu ona maaşında əhəmiyyətli dərəcədə endirim təklif edəcək.

O, cari mövsüm 18 oyunda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.


Paylaş: