Bölgə klubu üçün baş sponsor

  • Bu gün, 15:49

Qusarda Futbolun İnkişaf Fondu (FİF) vasitəçiliyi ilə “Şahdağ Qusar" və ISFA Green Life arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, tərəfdaşlıq müqaviləsini klubun prezidenti Rahid Əmirquliyev və İSFA-nın rəhbəri Samir Xeyirbəyov imzalayıblar.

Tədbirin sonunda isə media nümayəndələrinin sualları cavablandırılıb.

Məlumat üçün bildirək ki, sentyabrın 18-i İSFA MMC ilə klub arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və prosesin müsbət irəliləməsi nəticəsində baş sponsor razılaşması əldə olunub.

Qeyd edək ki, İSFA MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur.


Paylaş: