Aleksey İsayevin zədəsi ciddidir?
Misli Premyer Liqasının XVI turunun "Sumqayıt"la oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin durumuna aydınlıq gəlib.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusunun zədəsi ciddi deyil. Onun qış təlim-məşq toplanışının startınadək tam sağalması gözlənilir.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.