"Real" Endrikdən canını qurtardı

  • Bu gün, 17:06

"Real"ın braziliyalı hücumçusu Endrik Fransanın "Lion" klubuna icarəyə verilib.

Sportlife.az xəbər verir ki, o, cari mövsümün sonuna qədər Liqa 1 təmsilçisində oynayacaq. Fransa klubu hücumçunun icarəsi üçün 1 milyon avro ödəyib.

Qeyd edək ki, Endrik bu mövsüm "Real"da 3 oyun keçirib. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.


Paylaş: