Əvvəl zədələdi, sonra üzr istədi

  • Bu gün, 17:55

"Liverpul"la oyunda Aleksander İsakı cəddi zədələyən "Tottenhem"in müdafiəçisi Miki van de Ven rəqibindən üzr istəyib.

Sportlife.az xəbər verir ki, futbolçu bilərəkdən kobud oynamadığını bildirib:

"Sadəcə, heç bir pis niyyət olmadan zərbəsini dəf etməyə çalışdım. Təəssüf ki, İsakın ayağı ayaqlarımın arasında qaldı. Ona can sağlığı və uğurlar arzulamaq üçün mesaj göndərdim. Ümid edirəm ki, onu ən qısa müddətdə meydanda görəcəyəm".

Qeyd edək ki, əməliyyat olunan İsak bir neçə aylıq sıradan çıxıb.


Paylaş: