Üç futbolçu ilə danışıqlar gedir
İtaliyanın "Roma" klubu "Tottenhem"də çıxış edən Radu Draquşini transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, "canavarlar" "Atletiko"nun hücumçusu Cakomo Raspadori və "Mançester Yunayted"in forvardı Coşua Zirkzenin transferi ilə bağlı da danışıqları davam etdirir.
23 yaşlı Radu sağ dizindəki ağır zədədən sonra bərpa dövrü keçir.
Zirkzeyə gəlincə, niderlandlı oyunçu "Roma"ya keçməkdə maraqlı olsa da, MY hələlik bu transferi təsdiqləməyib.