Peresdən Vinisius qərarı
"Real"ın prezidenti Florentino Peres Vinisius Junioru komandada saxlamaq niyyətindədir.
Sportlife.az xəbər verir ki, "kral klubu"nun rəhbəri braziliyalı futbolçu ilə müqavilənin yenilənməsini istəyir. Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
25 yaşlı hücumçu 2018-ci ilin yayından "Real"da oynayır. O, klubda 346 oyun keçirib, 111 qol vurub və 91 məhsuldar ötürmə edib.