Mərakeş Millətlər Kubokundan nə qədər qazanacaq?

  • Bu gün, 17:29

Mərakeş Afrika Millətlər Kubokuna ev sahibliyi etdiyi üçün 450 milyon dollardan 1,2 milyarda qədər qazanc əldə edə bilər.

Sportlife.az xəbər verir ki, hesablamalara görə, turnirə ev sahibliyi etmək turizmə müsbət təsir göstərəcək. Xüsusilə, Mərakeş əlavə 500 mindən 1 milyona qədər xarici qonaq qəbul edəcək. Otel, nəqliyyat, kafe və restoran sektorlarından əldə edilən gəlir 450 milyon dollardan 1,2 milyard dollara çatacaq.

Mərakeş, həmçinin yayım hüquqlarından 22,5 milyon dollar qazanacaq. Mediada yayılan məlumatlara görə, ölkə Afrika Kuboku üçün infrastrukturun qurulmasına təxminən 16 milyard dollar xərcləyib. Eyni stadionlar həmçinin Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək 2030-cu il dünya çempionatının oyunlarına da ev sahibliyi edəcək.

Qeyd edək ki, Afrika Millətlər Kubokuna yanvarın 18-də yekun vurulacaq.


Paylaş: