"İnter"in müdafiəçisi nəhənglərin hədəfində
"İnter"in müdafiəçisi Alessandro Bastoninin əsas müştəriləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, "Barselona" və "Liverpul" İtaliya millisinin üzvü uğrunda mübarizə aparır.
Bastoni Milan klubunda qalmaq istəmir. Çünki yeni müqavilə şərtləri onu qane etmir.
Bastoni bu mövsüm "İnter"in heyətində 20 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.