Futbolçu boğularaq öldü

  • Bu gün, 10:52

Burundi çempionatının ikinci divizionunda keçirilən futbol matçı zamanı faciə baş verib.

Sportlife.az xəbər verir ki, "Qepye dü Lak"ın yarımmüdafiəçisi Ayme Qerika meydançada vəfat edib.

Oyunçu ağzında saxladığı sikkəni udub və boğulma nəticəsində ölüb. Həmin sikkənin cadugərliklə sıx bağlı olduğu iddia edilir.

Burundidə futbol matçlarının nəticəsini müəyyən etmək üçün yerli cadugər həkimlərə və sehrbazlara müraciət etmək praktikası geniş yayılıb.

Tibbi yardıma baxmayaraq, oyunçu xəstəxanaya aparılarkən dünyasını dəyişib. Burundi Futbol Federasiyası ölümün səbəbini açıqlamayıb.


Paylaş: